"AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik" - İqor Sergeyenko
Sammitin qərarlarını dəstəkləyir və tam hüquqlu təşkilata çevrilməsinin tərəfdarıyıq. Bu Azərbaycanın sədrliyi sayəsində mümkün olub və növbəti iki il davam edəcək. Azərbaycan bu istiqamətdə liderliyi öz öhdəliyinə götürüb.
Redaktor.az xəbər verir ki, bunu Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
İqor Sergeyenko qeyd edib ki, gərginliyin bənzərsiz artımı fonunda sülh və etibarın gücləndirilməsinə yönəlmiş səylər çox yüksək qiymətləndirilir: “Təəssüflər olsun, biz elə bir dövrdə yaşayırıq ki, dövlətlər və xalqlar arasında etibar səviyyəsi azalıb. Münaqişələr artır, dünya zorakılıq və müharibələrlə üzləşib. Beynəlxalq hüquqa və BMT-nin əsasnaməsinə sadiqlik bizi birləşdirir. Çoxqütblü dünyaya keçidin alternativi yoxdur”.













