"Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir" - Humayun Kabir

 15:58 15.10.2026     52

Azərbaycanı AQEM-ə sədrliyi ilə əlaqədar təbrik edirəm. Bu sözsüz ki, Asiyada əlaqələrin qurulması, güclənməsinə xidmət edir.

Redaktor.az xəbər verir ki, bunu Banqladeşin dövlət xarici işlər naziri Humayun Kabir Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

O, çoxtərəfli institutların daha effektiv fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. Bildirib ki, etimadın sarsılması, təhdidlərin artması və münaqişələrin genişlənməsi baş verir. AQEM kimi təşkilatların bu baxımdan rolu çox vacibdir. Banqladeş AQEM-in aydın hüquqi statusa, gücləndirilmiş katibliyə, proqnozlaşdırılabilən maliyyələşdirməyə və effektiv qərar qəbul etməyə malik tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir.

Vumart və Güvən reklamı Vumart Güvən