İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirdi

 16:50 15.10.2026     72

Azərbaycan xalqına və hökumətinə bu tədbirə ev sahibliyi etdiklərinə və regional əməkdaşlığın gücləndirilməsi səylərinə görə təşəkkürümü bildirmək istəyirəm. Bugünkü Müşavirə elə bir dövrdə baş tutur ki, Asiya öz insani, iqtisadi və mədəni potensialına baxmayaraq, bu görüşü kompleks təhlükəsizlik təhdidləri şəraitində keçirir.

Redaktor.az xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

O, çoxtərəfliliyin zəiflədiyi, güc tətbiqinin artdığı və regional böhranların yaşandığı bir dövrdə mövcud təhlükəsizlik yanaşmalarına və əməkdaşlıq mexanizmlərinə yenidən baxılmasının vacibliyini vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən