"İlham Əliyev Ermənistana mənəviyyat dərsi keçdi" - Millət vəkili
"AQEM-in 7-ci Zirvə görüşündə Azərbaycan Prezidenti Ermənistana mənəviyyat dərsi keçdi. Azərbaycan xalqının nə qədər uca mənəviyyata sahib olduğunu, nə qədər humanist dəyərlərdən, universal, multikultural dəyərlərdən gəldiyini və ən ekstremal vəziyyətdə belə bu dəyərlərə sadiq qaldığını 28 ölkənin nümayəndələri qarşısında bir daha bəyan etdi".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu səsləndirdi.

Milli Məclis üzvünün sözlərinə görə, bu mövqe Azərbaycanın belə bir möhtəşəm qələbəni haqq etməsinin mənəvi əsasları idi:
"Amma bu, həm də qonaqlar və dünya ictimaiyyəti tərəfindən Azərbaycan xalqının dəyanəti, qətiyyəti, uzaqgörənliyi, mərdliyi kimi qəbul edilib. Çünki Azərbaycan Prezidenti xalqımızın mənəvi keyfiyyətlərini, döyüşkən keyfiyyətlərini, ədalət anlayışını, milli mentalitetini yenidən dünyaya təqdim etdi və mən düşünürəm ki, bu, sadəcə, xarici auditoriya üçün təqdimat deyildi, bu, həm də yeni yetişən gəncliyimiz üçün bir mənəviyyat kodeksi idi. Ona görə də mən düşünürəm ki, Azərbaycan Prezidentinin bu sözləri bir daha xalqımızın qələbəyə nə qədər layiq olduğunun göstəricisi kimi qiymətləndirilməlidir".
Aytəkin TOFİQQIZI













