Ramiz Mehdiyev YAP-dan çıxarıldı, təltiflərindən məhrum edilməsi təklif olundu - YENİLƏNİB
Yeni Azərbaycan Partiyası Ramiz Mehdiyevin təltiflərindən məhrum edilməsini təklif edib.
Redaktor.az xəbər verir ki, İdarə Heyətinin bu gün keçirilən iclasında partiya adından belə bir təşəbbüslə çıxış edilib.
***
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılıb.
Redaktor.az xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.
***
Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının yeni tərkibi formalaşıb.
Redaktor.az xəbər verir ki, Ramiz Mehdiyev Veteranlar Şurasının yeni tərkibində yer almayıb.
***
Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilir.
Redaktor.az-ın xəbərinə görə, bu, partiyanın VIII Qurultaydan sonra ilk iclasıdır.












