"Ermənistana qarşı hansısa addımların atıldığının şahidi deyilik" - Ceyhun Məmmədov

 17:43 16.10.2026     51

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib ki, əgər işğala, soyqırımına və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Dövlət başçısı eyni zamanda diqqətə çatdırıb ki, müharibə Azərbaycanın seçimi olmayıb, Azərbaycanı müharibəyə Ermənistan məcbur edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Redaktor.az-a bildirdi ki, Prezident İlham Əliyevin çıxışında bu məsələlərə növbəti dəfə çox sərt reaksiya verdiyinin şahidi olduq:

"Prezident çox önəmli və çox mühüm, vacib mesajlar verdi. Bu o deməkdir ki, bəli, əgər Ermənistana qarşı vaxtında sərt, konkret addımlar atılsaydı, sanksiyalar tətbiq edilsəydi, Ermənistan bu gün bizə qarşı bu siyasəti davam etdirməzdi. Yəni, təəssüf ki, müharibə Azərbaycanın seçimi deyil. Biz müharibəyə Ermənistan tərəfindən məcbur edilmişik və bu gün bu prosesin arxasında Ermənistan durur, Ermənistan bizə qarşı bu müharibəni aparır.

Amma təəssüflə qeyd etmək lazımdır ki, bu məsələdə Ermənistana qarşı hansısa təzyiqin göstərildiyinin, konkret addımların atıldığının şahidi deyilik. Bu gün biz görürük ki, Ermənistana qarşı heç bir addım atılmır və sanksiyalar tətbiq edilmir. Cənab Prezident onu qeyd etdi ki, bu qərarlar çıxır, amma həmin qərarların icra mexanizmləri barədə biz düşünməliyik.

Deputat həmçinin vurğuladı ki, gələcəkdə oxşar halların qarşısını almaq üçün qərarların icra mexanizmləri konkret şəkildə müəyyənləşdirilməlidir.

"Biz fikirləşməliyik ki, bu icra mexanizmlərini necə həyata keçirək, necə edək ki, gələcəkdə bu kimi hallar baş verməsin və dünyamız yenidən müharibələrlə üz-üzə qalmasın. Əgər icra mexanizmləri barədə düşünülməsə, gələcəyə doğru bizi daha çətin sınaqlar və daha çətin günlər gözləyir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən