Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr İSTƏDİ

 20:51 16.10.2026     131

Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib.

Redaktor.az xəbər verir ki, bu barədə "Urfanews" saytında məlumat verilib.

C.Çiftçi fikirlərinin Azərbaycan xalqında inciklik yaratdığına görə peşmanlığını ifadə edib:

"İfadələrimin qardaş Azərbaycanda incikliyə və kədərə səbəb olmasından peşmanam. İşlətdiyim ifadələrə görə Azərbaycan dövlətindən və xalqından açıq şəkildə və səmimi qəlbdən üzr istəyirəm. Səmimi üzrümün qəbul edilməsini hörmətlə xahiş edirəm. Baş örtüyü ilə bağlı həssaslığım yanlış anlaşılıb. Sözlərim çağırış kimi başa düşülsə də, məqsədim başqa olub. Mən zorakılığı, dövlət çevrilişini, təhdidi və güc tətbiqini rədd edirəm. Heç kimi qanuna zidd hərəkətə çağırmıram. Açıqlamalarımın da belə bir hərəkətə əsas kimi istifadə edilməsini istəmirəm".

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunda Celal Çiftçinin barəsində hakimiyyətin zorla ələ keçirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınması ittihamları üzrə cinayət işi başladılıb və o, beynəlxalq axtarışa verilib.

Onun barəsində istintaq hərəkətlərinin aparılması məqsədilə Türkiyə Respublikasının səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilib.

Vumart və Güvən reklamı Vumart Güvən