Hikmət Hacıyev azərbaycanlılarla almanların tarixi yaddaşını əks etdirən filmi paylaşdı - FOTO
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev almanlar və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixinə həsr olunan "Counterpoint" sənədli filmi barədə paylaşım edib.
Redaktor.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
Qeyd olunub ki, filmdə əks olunan tarixi hadisələr indiki Almaniyanın Baden-Vürtemberq federal torpağından Azərbaycana köçən şvab ailələrinin məskunlaşması ilə başlayır.
"Sənədli filmdə alman köçkünlərin və yerli azərbaycanlıların öz dinlərini, dillərini və ənənələrini qoruyaraq necə firavan icmalar qurduqları göstərilir. Bununla belə, sovet repressiyaları, deportasiyalar və müharibə iki xalq arasında formalaşmış birgəyaşayış ənənəsini pozub.
Köçkünlərin nəsillərinin, tarixçilərin və diplomatların xatirələri əsasında hazırlanan filmdə bu günədək qorunub saxlanılan mədəni irsin və tarixi yaddaşın keçmişin sınaqlarına necə sinə gərdiyi araşdırılır", - deyə Hikmət Hacıyev əlavə edib.
COUNTERPOINT DOCUMENTARY
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 17, 2026
Counterpoint traces two centuries of #German-#Azerbaijani coexistence, beginning with Swabian families who left what is now Baden-Württemberg and established settlements in Azerbaijan.
The documentary explores how German settlers and local Azerbaijanis…












