“Heç kim özbaşına belə danışa bilməz” - Türkiyədən gələn bəyanatlarla bağlı sərt AÇIQLAMA

 14:25 18.10.2026     134

"Görünən odur ki, son günlər xüsusilə Türkiyə tərəfindən sərt açıqlamaların daha çox şahidiyik. Bu, ciddi narahatlıq doğuran bir məsələdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan müstəqil siyasət həyata keçirir və heç kimin onun daxili işlərinə müdaxilə etməsinə imkan verməyəcək".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi.

Millət vəkili Türkiyə tərəfindən atılan bu addımların təsadüfi olmadığını diqqətə çatdırdı:

"Türkiyə tərəfindən verilən bəyanatlar sıradan açıqlamalar deyil. Belə kəskin və sistemli çıxışları heç kim özbaşına verə bilməz. Görünən odur ki, bu açıqlamalar əvvəlcədən müəyyənləşdirilmiş və razılaşdırılmış xəttin tərkib hissəsidir. Hesab edirəm ki, bu cür təzyiq cəhdləri münasibətlərdə çox ciddi gərginlik yaradır və gələcəkdə də Azərbaycan-Türkiyə əlaqələrinə mənfi təsir göstərəcək.

Türkiyə tərəfi bu cür müdaxilə xarakterli açıqlamalara dərhal son qoymalıdır. Bu yanaşmalar münasibətlərimizi daha da korlayır. Biz Türkiyədəki tərəflərə müraciət edirik ki, açıqlamalarında və yanaşmalarında diqqətli olsunlar, müstəqil siyasətimizə kölgə salacaq və münasibətlərə çat gətirəcək addımlardan çəkinsinlər".

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən