MM-in komitə sədrindən Paşinyanın təklifinə münasibət: "Referendum yolu ilə həll oluna bilər"

 13:22 19.10.2026     123

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan anklavlarla bağlı yeni təklif verib.

Paşinyanın təklifini Redaktor.az-a şərh edən Milli Məclisin komitə sədri Fazil Mustafa bildridi ki, bu, ərazi mübadiləsidir.

"Yəni anklav saxlamadan birbaşa ərazinin qatılmasıdır. Təbii ki, Ermənistan tərəfi Başkənd deyəndə, həm də Kərki və başqa əraziləridə biz eyni qaydada irəli sürə bilərik. Bu, müzakirə olunası məsələdir. Çünki burada söhbət torpaqlardan gedirsə, bunun müəyyən referendum yolu ilə həllini tapması vacibdir. Ərazi mübadiləsindən söhbət gedir. İndi bunun nə dərəcədə effektiv olub-olmayacağı hər halda müzakirədən sonra bilinə bilər. Amma bu, mütləq referendumdan keçib qəbul olunmalı məsələdir", - deyə parlament üzvü vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən