Deputatdan AKP hakimiyyətinə mesaj: "Azərbaycana qarşı bu cür addımlar heç bir nəticə verməyəcək"

 16:09 19.10.2026     116

"Azərbaycanın mövqeyi dəfələrlə qarşı tərəfin diqqətinə çatdırılıb. Azərbaycanın istəyi ondan ibarətdir ki, Türkiyə Azərbaycanın müstəqil siyasət həyata keçirməsini nəzərə alsın. Azərbaycan bu müstəqil siyasəti özü həyata keçirir və bütün tərəflərin bu siyasəti nəzərə almasına ehtiyac var. Azərbaycan bu gün də müstəqil siyasətini davam etdirir və gələcəkdə də davam etdirəcək".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Türkiyədəki nurçu-islamçı AKP hakimiyyətinin Azərbaycana qarşı qərəzli kampaniyada iştirakından danışarkən bildirdi.

"Türkiyə tərəfindən atılan addımlar qəbulolunmazdır. Burada əsas hədəf Azərbaycanın mövqeyinə təsir etməkdir. Amma nəzərə alınmalıdır ki, Azərbaycanın mövqeyinə təsir göstərə bilməzlər. Azərbaycan müstəqil siyasətini həyata keçirməyə davam edəcək", - deyə o vurğuladı.

Millət vəkili hesab edir ki, proseslərin bu formada həyata keçirilməsinə ehtiyac yoxdur:

"Azərbaycanın əleyhinə aparılan sərt kampaniyanın kökündə məhz bu dayanır. Hesab edirəm ki, bu cür yanaşmalara və baxışlara son qoyulmalıdır. Azərbaycanın daxili işlərinə müdaxilə edilməməlidir. Hər kəs bu məsələdə çox diqqətli olmalı, reallığı nəzərə almalı və bu istiqamətdə addımlarını dayandırmalıdır. Azərbaycana qarşı bu cür addımlar heç bir nəticə verməyəcək".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən