"Fransa kimi inkişaf etmiş ölkədə müəllim çatışmazlığı anormal bir məsələdir" - Konfliktoloq

 17:26 20.10.2026     126

Fransada keçirilən etiraz aksiyaları ölkədəki sosial böhranı və əhalinin hakimiyyətə qarşı narazılığını bir daha gündəmə gətirib. Mövcud vəziyyət Emmanuel Makronun prezidentlik fəaliyyətinə və yürütdüyü siyasətə dair müzakirələri də gücləndirib. Bir sıra fikirlərə görə, ölkədə yaranmış gərginliyin əsas səbəblərindən biri Makron hakimiyyətinin həyata keçirdiyi siyasətdir.

Bəs ölkədəki böhranın əsas səbəbi Makronun idarətetmə siyasətidirmi? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov bildirdi ki, Fransadakı vəziyyətin prezidentin fəaliyyəti ilə əlaqəsi var:

"Mövcud vəziyyət yarıtmaz idarəçiliyin nəticəsidir. Eyni zamanda, ölkənin sosial-iqtisadi böhranı indi başlamayıb. Bu, 5-6 il bundan əvvəl yaranmış böhrandır. Böhran yaranandan bir az zor gücünə, bir az da başqa tərəfin gücü ilə sakitləşdirilib. Amma vəziyyət sırf yarıtmaz idarəçiliyin nəticəsidir. Emmanuel Makron böyük bir dövlət xadimi deyil. O, nə dövlətin xarici siyasətində normal ardıcıllıqla siyasət yürüdə bildi, nə də ölkənin daxilində normal siyasət yürüdə bildi. Onun da nəticələri göz qabağındadır".

Müsahibimiz diqqətə çatdırdı ki, Fransada normal islahatlar aparılmalıdır:

"Təsəvvür edin ki, Fransada orta məktəb müəllimləri çatışmır. İndi hələ deyirlər ki, 3-4 min müəllim göndərərik əyalətlərə, getsinlər orta məktəblərdə işləsinlər. Yəni Fransa kimi inkişaf etmiş Avropa dövlətində müəllim çatışmazlığı həqiqətən də çox anormal bir məsələdir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən