Leyla Abdullayeva ilə Bricit Makron arasında müzakirələr baş tutdu

 20:32 20.10.2026     66

Fransada xanım səfirlər üçün nahar təşkil olunub. Tədbirdə ölkənin birinci xanımı Bricit Makronla yanaşı, Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayeva da iştirak edib.

Redaktor.az xəbər verir ki, L.Abdullayeva bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Qadın səfirlərin Fransanın birinci xanımı ilə naharı. Mühüm mövzular barədə səmimi müzakirələr: qadınlar, uşaqlar, təhsil, səhiyyə və daha çoxu", - o yazıb.

Azərbaycanın Fransadakı səfiri görüşün təşkilinə görə təşəkkürünü bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən