"Müxalifətin bunu siyasiləşdirməsi gülüncdür" - Azərbaycanlı çobanın Ermənistana keçməsi barədə
“Azərbaycanlı çobanın yolunu azaraq Ermənistana keçməsi adi haldır, müxalifətin bunu siyasiləşdirməsi gülüncdür”.
Redaktor.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Vay o siyasi qüvvənin halına ki, ölkənin təhlükəsizliyinə təhdid yaradan şəxsin azmış çoban olduğunu düşünür. Belə hallar olur: onların tərəfindən də çoban azıb gələ bilər, bizim tərəfdən də. Hər iki tərəf bu cür hadisələrə çox konstruktiv yanaşır. Bu məsələdə də haqq üçün etiraf etmək lazımdır ki, belə hallara yanaşmalar çox adekvatdır”, - Ermənistan xarici işlər naziri bildirib.
Ararat Mirzoyan vurğulayıb ki, belə hadisələrin qarşısını almaq mümkün deyil:
“Daim nəyinsə pis olduğunu deməyə çalışırsınız. Bəli, pis hallar var, bunu bilirəm. Bəs indi nə edək - sərhədləri bağlayaq və yenidən münaqişəyə qayıdaq? Bu, Ermənistan üçün yaxşı yol deyil”.
Qeyd edək ki, Ermənistan mediası bundan əvvəl azərbaycanlı çobanın ölkəyə keçməsi barədə məlumat yayıb. Həmin şəxsin hazırda Berd şəhərinin hərbi polis qurumunda olduğu bildirilib.












