“Türkiyədə İlham Əliyevə qarşı yönələn çıxışlar qətiyyən qəbuledilməzdir” - Tənzilə Rüstəmxanlı

 17:55 21.10.2026     41

“Türkiyədə Prezident İlham Əliyevə qarşı yönələn çıxışlar qətiyyən qəbuledilməzdir”.

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı dedi.

“Türkiyə dövlətinə ayrı-ayrı radikal dinçilərin çağırışlarını aid etmək olmaz. Türkiyə dövlətinin Azərbaycana qarşı belə bir fikri yoxdur və ola da bilməz. Cənab Prezident İlham Əliyevin mövqeyini biz dəstəkləyirik. Azərbaycanın daxili işlərinə kimsə qarışa bilməz. Azərbaycanda da bəzi şəxslər Türkiyəyə qarşı düşmənçilik yaratmağa çalışırlar. Bu da yolverilməz və qəbuledilməzdir. Cənab Prezidentimizin təhqir edilməsi də qəbulolunmazdır”, - deyə o bildirdi.

Müsahibimiz vurğuladı ki, Azərbaycanda Türkiyəyə qarşı düşmənçilik yaratmaq yolverilməzdir.

“Hər iki dövlət bizim dövlətimizdir. Radikal dinçilər Azərbaycanın dövlət quruluşunu dəyişməyə çalışan İranın başımıza geydirməyə çalışdığı hicabdan danışsınlar. Bunun İranın oyunu olduğunu desinlər. Bunun Azərbaycana nə dəxli var? Azərbaycanda hər kəs öz dinini, imanını və inancını rahat şəkildə yaşayır”, - deyə millət vəkili yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən