“Putinin mövqeyinin dəyişəcəyinə inanmıram” - Ukraynalı politoloq

 17:24 23.10.2026     73

"Rusiya ilə Ukrayna arasındakı müharibənin müvəqqəti dayandırılması ilə bağlı ciddi razılaşmanın əldə olunması perspektivlərinin hazırda mümkün olduğunu düşünmürəm. Üstəlik, Ukraynanın təşəbbüsü ilə irəli sürülən və Rusiyanın hələ yay aylarında təklif etdiyi, enerji atəşkəsi adlandırılan razılaşma da rədd edilib".

Bunu Redaktor.az-a açıqlamasında ukraynalı politoloq Maksim Yali bildirdi.

Onun sözlərinə görə, bu təklifə əsasən, Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələr endirməməli, Rusiya isə Ukraynanın enerji infrastrukturu obyektlərini hədəf almamalı idi:

"Lakin Putin bu təklifi qəbul etmədi. Buna görə də Kremlin bu məsələdə mövqeyinin dəyişəcəyinə dair hər hansı perspektiv görmürəm. Noyabrın birinci yarısında üçtərəfli formatda keçirilməsi ehtimal olunan görüşdə əldə edilə biləcək maksimum nəticə hərbi əsirlərin mübadiləsi ola bilər. ABŞ administrasiyasının nümayəndələrinin gurultulu və nikbin bəyanatlarına baxmayaraq, bütün digər razılaşmaların real əsası yoxdur”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən