Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir - Politoloq
“Millətçi Hərəkat Partiyasının başqanı, hörmətli Dövlət Bağçalının ilk gündən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı tutduğu mövqeyi və verdiyi bəyanatları yüksək qiymətləndirir və alqışlayırıq”.
Bunu Redaktor.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHDP) baş katibi, politoloq Niyaməddin Orduxanlı bildirdi.
O qeyd etdi ki, Bağçalının açıqlamaları hər iki dövlətin ümumi maraqlarına xidmət edir:
“Azərbaycan səfirini qəbul etməklə və bunu ictimaiyyətə açıqlamaqla Bağçalı həm də yaranmış vəziyyətdən istifadə edərək Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan qüvvələrə mesaj verir.
Dövlət Bağçalı hər zaman Azərbaycanın yanında olduğunu öz fəaliyyəti ilə sübut edib. Buna görə də Bağçalıya təşəkkürümüzü bildiririk”.
NURİYYƏ












