“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” - AÇIQLAMA

 12:26 25.10.2026     123

Oktyabrın 23-də Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb.

Görüşü Redaktor.az-a şərh edən politoloq Azər Qasımov hesab edir ki, Türkiyə ilə Azərbaycan arasındakı gərginliyi uzatmağın mənası yoxdur.

“Bu, bizi istəməyənlərin dəyirmanına su tökər. Bu baxımdan, gərginliyin aradan qaldırılması üçün baş tutan hər görüş vacibdir və alqışlanmalıdır. Yaranmış vəziyyət xoşagələn olmasa da, bu səhifəni çevirmək lazımdır.

Bununla Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı. Azərbaycan da bundan öz hesabını götürdü. Kiminlə necə rəftar edəcəyini öyrənmiş oldu.

Hər zaman qeyd edirik ki, Türkiyənin daxili genefondunun spektri qarışıqdır. Hətta onların içərisində özünü türk hesab edən insanlar var ki, əslində, onların şəcərəsi araşdırılanda məlum olur ki, erməni mənşəlidirlər. Bununla bağlı sosial mediada nümunələrlə qarşılaşmışıq.

Ona görə də Türkiyədə kimin kim olduğunu aydınlaşdırmaq çətin işdir. Bu baxımdan, Türkiyədən deyilən hər sözə baş qoşmaq lazım deyil".

Politoloqun fikrincə, Türkiyə və Azərbaycan dövlətləri arasında olan mənəvi bağlar hər bir təhlükəni aradan qaldırmaq üçün yetərlidir:

"Bu bağlar hər iki ölkənin daxili instinkti kimidir. Təhlükə olduğu zaman refleks olaraq üzə çıxır və onu dəf edir”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən