"Bəzi ölkələr Azərbaycan üzərində özünü prokuror kimi aparmağa çalışırlar"

 16:09 27.10.2026     130

"Cənab Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycanın bir sıra məsələlərdə çox prinsipial mövqeyini bildirdi".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycanın dövlət başçısı İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışlarını şərh edərkən dedi.

Millət vəkili qeyd etdi ki, bəzi ölkələr Azərbaycan üzərində özünü prokuror kimi aparmağa çalışırlar:

"Bəziləri Azərbaycanı öyrətməyə çalışır, Azərbaycanın daxili və xarici siyasətinin korrektə edilməsi ilə bağlı məsləhət verirlər. Azərbaycanın buna ehtiyacı yoxdur. Biz hansısa bir ölkənin vilayəti və yaxud da ki, bir bölgəsi deyilik. Özümüz öz siyasətimizi qururuq və milli maraqlara uyğun olaraq müsbət nəticəsini görürük. Cənab prezidentin apardığı siyasəti bu gün Azərbaycan cəmiyyəti dəstəkləyir. Cəmiyyətin əksəriyyəti onun tərəfdarlarıdır. Dövlət başçısı həqiqətən düzgün bildirir ki, kimsə bizə dərs keçməyə çalışmasın. İlk növbədə özü-özünə sual versin ki, buna hüququ çatırmı? O bunu edə bilərmi? Yoxsa belə bəyanatlar heç də ikitərəfli münasibətlərin yaxşı olmasına kömək etmir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən