"Prezidentin çıxışı çox mühüm siyasi mesajdır" - Asim Mollazadə
"Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı çox mühüm siyasi mesajdır".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə dedi.
"Azərbaycan Prezidenti açıqlaması ilə Azərbaycanın müstəqil dövlət olduğunu, öz suverenliyini qorumağa qadir olduğunu, dövlət kimi dünya tərəfindən tanınmalı olduğunu diqqətə çatdırır. Eyni zamanda diqqətə çatdırır ki, bizim daxili işlərimizə qarışmaq istəyən bilməlidir ki, Azərbaycan hər zaman buna qarşı olacaq və Azərbaycanın yetərincə gücü var ki, buna real cavab versin", - deyə o bildirdi.
Milli Məclis üzvünün sözlərinə görə, çox təəssüf ki, imperiya təfəkkürü ilə yaşayan ölkələr öz siyasətini, öz təfəkkürünün siyasətlərini davam etdirəcəklər:
"Amma Azərbaycan hər bir imperiyaya cavab verməyə qadir bir ölkədir, xalqdır və onların müdaxilələri heç bir nəticə verməyəcək".
Aytəkin TOFİQQIZI












