"Dövlət başçımızın gedişatla bağlı cavabı mütləq olmalı idi" - Aydın Kazımzadə

 17:28 28.10.2026     73

"Prezidentimiz VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib. Dövlət başçımızın gedişatla bağlı cavabı mütləq olmalı idi. Mən bizim prezidentimizi alqışlayıram ki, o, vaxtında bu şeyləri deyir". 

Bu sözləri Redaktor.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, kinoşünas, Prezident təqaüdçüsü Aydın Kazımzadə bildirdi.

"Türkiyədə hicabla bağlı olan çıxışlara nəzər salsaq, deyə bilərik ki, bunu xalq etmir. Bunu edən ayrı-ayrı adamlardır. Elə bizdə də belə adamlar var. Burada pəncərələri sındırdılar, məktəbə hücum etdilər və s. Bunlar bisavad adamlardır. Bunlar indiyə qədər başa düşmürlər ki, İslam ölkəsi nə deməkdir, dünyəvi ölkə nə deməkdir. Bunu başa düşmürlər, çünki bisavadlardır. Orada da, burada da vəziyyət belədir. Oradakılar bir az radikaldırlar, çünki orada başı, sifəti də bağlayırlar, hər yerdə də belə gəzirlər. Amma biz dünyəvi ölkəyik", - deyə o vurğuladı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən