Rəşad Aslanov Türkiyənin ticarət naziri ilə GÖRÜŞDÜ
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov bu ölkənin ticarət naziri Ömər Bolatla görüşüb.
Redaktor.az Azərbaycanın Türkiyədəki səfirliyinin "X" sosial şəbəkə hesabına istinadən xəbər verir ki, görüşdə Türkiyə ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət və gömrük sahələrindəki əməkdaşlığa dair məsələlər müzakirə edilib.












