Beynəlxalq tədbirlər Azərbaycanın imicini gücləndirir - Fazil Mustafa

 10:56 29.10.2026     164

"Beynəlxalq tədbirlərə ev sahibliyi etmək artıq Azərbaycanın ixtisaslaşmış bir vəziyyətdə olduğunu göstərir. Təkcə idman və ya siyasi xarakterli yox, humanitar xarakterli bir sıra qlobal tədbirlərin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti vardır. Elə COP29 özü ən böyük tədbirlərdən biri idi. Azərbaycan bunun öhdəsindən çox böyük uğurla gəldi. Bu, həm də ölkənin imicidir".

Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin komitə sədri Fazil Mustafa Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən danışarkən dedi.

"Prezident İlham Əliyev tərəfindən bu platformalardan Azərbaycanın problemlərinin dəfələrlə səsləndirildiyini və Azərbaycanla bağlı münasibət haqqında fikirlərini açıqladığı tədbirləri görmüşük və bu, olduqca faydalıdır. Əminəm ki, bu istiqamətdə müəyyən işlər daha da ciddi şəkildə həyata keçiriləcək. Çünki bu, bilavasitə beynəlxalq əməkdaşlığın ən vacib vektorlarından biridir. Ayrılıqda bu ölkələr arasında münasibətlərin həm də təkcə ikitərəfli münasibətdən çox konkret ev sahibliyi edən ölkənin özünün miqyas olaraq müəyyən çəkisini artıran, dünyada nüfuzunu gücləndirən bir amilə çevrilir. Çünki fərqli ölkələrdən gələn siyasi və ictimai xadimlər konkret ölkənin dərinlikləri haqqında fikir əldə edə bilirlər, müşahidə aparıb bilirlər. Bu, Azərbaycanın imicini də kifayət qədər gücləndirmiş olur. Ona görə də bu tədbirlərin yüksək səviyyədə keçirilməsi bütövlükdə dövlətimizin bütün məkanlarda fəaliyyəti üçün çox önəmli sayılmalıdır", - deyə millət vəkili bildirdi.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən