Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə OLUNDU

 21:18 30.10.2026     133

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Ankara Sammiti çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyindən Redaktor.az-a bildiriblər ki, qəbul zamanı Azərbaycan ilə Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub. İki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Türk dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Vumart və Güvən reklamı Vumart Güvən