"Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər" - Vüqar Bayramov

 20:31 02.11.2026     128

"Çox təəssüf ki, son dövrlərdə Türkiyədə ölkəmizə qarşı dezinformasiya kifayət qədər geniş yayılıb. Bir sıra hallarda sosial şəbəkələrdə həm Prezident İlham Əliyevin adından həqiqətə uyğun olmayan məlumatlar yayımlayırlar, həm də artıq bu prosesdə süni intellektdən istifadə edirlər".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi.

O qeyd etdi ki, dövlət başçısı məhz bu təhdidlərlə bağlı, o cümlədən xaricdən qaynaqlanan təhdidlər və kiberhücumlarla əlaqədar dəfələrlə öz münasibətini bildirib:

"Təbii ki, Azərbaycan tərəfi buna çox çevik reaksiya verir. Müvafiq dövlət qurumlarının bu məsələ ilə bağlı açıqlamalarını müşahidə edirik. Ona görə də həm Azərbaycanda, həm də qonşu ölkələrdə, o cümlədən Türkiyədə insanların yalnız rəsmi məlumatlara inanmaları və rəsmi mənbələrə istinad etmələri çox vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkələrdə rəsmi profilləri var. Onun "X"də, eləcə də "Facebook"da olan rəsmi profillərində yayılan məlumatlara istinad etmək olduqca vacibdir. Bütün bunlar, təbii ki, kiberhücumların və informasiya təhdidlərinin mövcudluğunu göstərir. Azərbaycan bu tip təhdidlərə və kiberhücumlara vaxtında reaksiya verir və cavab tədbirləri görür. Gələcəkdə də bu istiqamətdə fəaliyyətlər sistemli şəkildə davam etdiriləcək".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən