"Putinlə Zelenski yalnız yekun sənədləri imzalamaq üçün görüşə bilər” - Ukraynalı politoloq

 15:09 04.11.2026     141

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında İstanbulda keçirilən görüş Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına yönəlmiş diplomatik təmasları yenidən gündəmə gətirib.

Bəs maraqlıdır, Rusiya və Ukrayna liderləri arasında yaxın zamanda görüş keçirilə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan ukraynalı politoloq Maksim Yali bildirdi ki, ilin sonuna qədər belə bir görüşün baş tutması üçün real şərtlər yoxdur:

"Çünki Kreml öz mövqeyini dəfələrlə bəyan edib. Putin Zelenski ilə hər hansı məsələni müzakirə etmək üçün görüşməyəcək. Əgər söhbət ərazi məsələlərindən gedirsə, Zelenskinin istədiyi məhz budur. Görüş yalnız yekun sənədlərin imzalanması məqsədilə keçirilə bilər. Digər tərəfdən, əgər Zelenski Putinlə şəxsən danışıqlar aparmaq istəyirsə, Moskvaya gəlməlidir. Bu isə artıq Prezident Zelenski üçün qəbuledilməzdir. Müvafiq olaraq, tərəflərin tələbləri hələ də diametral şəkildə ziddiyyət təşkil edir. Konkret olaraq, Putin Ukrayna qoşunlarının Donbas ərazisindən çıxarılmasını tələb edir ki, bu da Prezident Zelenski üçün qəbuledilməzdir. Bu mövqelər hər hansı bir amilin təsiri altında dəyişməyincə, belə bir görüşün baş tutması ehtimalı azdır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən