ABŞ-də seçkilərin nəticəsi Trampın İran siyasətini dəyişəcək? - AÇIQLAMA

 14:22 04.11.2026     150

"ABŞ-də keçirilən aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətinin Donald Tramp administrasiyasının xarici siyasətinə, xüsusilə İranla münasibətlərinə sözsüz ki, təsiri olacaq. Trampın İranla müharibənin seçki nəticələrinə mənfi təsir göstərdiyini etiraf etməsi mühüm siyasi mesajdır. Bu, xarici siyasətdə qəbul edilən qərarların artıq ABŞ daxilində ciddi siyasi nəticələr doğurduğunu göstərir".

Bu fikirləri siyasi şərhçi Polad Mehdiyev Redaktor.az-a açıqlamasında bildirdi.

O hesab edir ki, yaranmış vəziyyətdə Vaşinqtonun İran siyasətində üç əsas dəyişiklik mümkündür:

"Birincisi, hərbi eskalasiyanın məhdudlaşdırılması. Tramp administrasiyası İranla yeni və genişmiqyaslı hərbi qarşıdurmanın daxili siyasi mövqelərini daha da zəiflədə biləcəyini nəzərə almağa məcbur olacaq.

İkincisi, diplomatik danışıqların aktuallaşması. Vaşinqton İranın nüvə proqramı və regional təhlükəsizlik məsələlərində hərbi təzyiqlə yanaşı, diplomatik razılaşma imkanlarına daha çox diqqət ayıra bilər.

Üçüncüsü, Konqresin nəzarətinin güclənməsi. Demokratların Konqresdə mövqelərinin güclənməsi administrasiyanın hərbi əməliyyatları, onların maliyyələşdirilməsi və hüquqi əsasları ilə bağlı daha ciddi siyasi müzakirələrə səbəb ola bilər.

Lakin seçki məğlubiyyəti ABŞ-nin İrana qarşı sanksiyalardan və təhlükəsizlik tələblərindən imtina edəcəyi anlamına gəlmir. Əksinə, Vaşinqton hərbi vasitələrdən daha çox iqtisadi və diplomatik təzyiq mexanizmlərinə üstünlük verə bilər".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən