“İlham Əliyev alnından öpüləcək adamdır” - VİDEO
Türkiyədə ölkənin Azərbaycanla münasibətlərinə, eləcə də rəsmi Bakının siyasətinə dair növbəti küçə sorğusu keçirilib.
Redaktor.az xəbər verir ki, sorğuda iştirak edən vətəndaşlar Azərbaycanın siyasətini və ölkənin verdiyi qərarları təqdir etdiklərini deyiblər.
Həmin şəxslərdən biri bildirib ki, Türkiyənin Azərbaycanın daxili məsələlərinə qarışmaq haqqı yoxdur: “Onlar sizin daxili işlərinizə qarışırlarmı? Xeyr, müdaxilə etmirlər”.
Daha bir sorğu iştirakçısı isə hər iki ölkənin ortaq mədəni dəyərlərə sahib olduğunu və dini məsələlərə görə mübahisə nəticəsində Türkiyənin özünə etdiyi zərərin daha da genişlənə biləcəyini vurğulayıb.
Bununla yanaşı, fikrini bölüşən digər sakinlər Azərbaycan iqtisadiyyatının hazırda Türkiyə ilə müqayisədə daha yaxşı vəziyyətdə olduğunu diqqətə çatdırıblar.













