Qırğız Prezidenti İlham Əliyevi təbrik ETDİ

 21:42 06.11.2026     117

Qırğız Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, təbrikdə deyilir:

"Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm.

Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü, qarşılıqlı anlaşmanı və sabitliyi möhkəmləndirmək üçün etibarlı zəmin yaratmağa imkan vermişdir.

Sülhün qurulması istiqamətində aparılan işlərdə Cənubi Qafqazda baş verən mühüm prosesləri nəzərə alaraq, Qafqaz ölkələrinin müdrikliyi və dövlət başçılarının uzaqgörən siyasəti sayəsində bu regionun sülh və sabitlik məkanına çevriləcəyinə inanıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram".

Vumart və Güvən reklamı Vumart Güvən