Ərdoğan Azərbaycana yola düşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan müşayiət edir.
Bununla yanaşı, səfərdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, kənd təsərrüfatı naziri İbrahim Yumaklı və digər rəsmilər iştirak edir.
Qeyd edək ki, səfər çərçivəsində Qarabağda Türkiyə və Azərbaycan Prezidentlərinin görüşü keçiriləcək.













