Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirdi

 16:42 08.11.2026     34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş şeirini səsləndirib.

Redaktor.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Prezident İlham Əliyevlə mətbuata bəyanatı zamanı deyib.

Ərdoğan adıçəkilən şeirdə iki ölkənin ortaq dəyərlərini və qardaşlıq münasibətlərini vurğulayıb:

“Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə”.

Türkiyə Prezidenti Azərbaycanın şanlı bayrağının səmalarda əbədi olaraq dalğalanmasını arzulayıb.

O, 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edib, Azərbaycan xalqına salam və məhəbbətlərini çatdırıb.

Vumart və Güvən reklamı Vumart Güvən