Serbiya səfirinə “Dostluq” ordeni təqdim OLUNDU

 13:33 10.11.2026     82

Noyabrın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə diplomatik fəaliyyəti başa çatan Serbiya səfiri Draqan Vladisavlyeviçi qəbul edib.

Redaktor.az xəbər verir ki, görüşdə səfirə Azərbaycan–Serbiya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Prezident tərəfindən təltif olunduğu “Dostluq” ordeni təqdim edilib.

Səfir mükafata görə minnətdarlığını bildirərək bunu iki ölkə arasındakı münasibətlərə verilən yüksək qiymətin təzahürü kimi dəyərləndirib.

Görüşdə Azərbaycan–Serbiya strateji tərəfdaşlığı və əməkdaşlıq gündəliyi müzakirə olunub. Ceyhun Bayramov siyasi dialoqun, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların ikitərəfli əlaqələrin inkişafındakı rolunu vurğulayıb.

Tərəflər dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyin əhəmiyyətini qeyd ediblər. İqtisadi-ticarət əlaqələri, qarşılıqlı investisiyalar, enerji, nəqliyyat, logistika, sənaye, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlıq nəzərdən keçirilib.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq məsələlər üzrə qarşılıqlı dəstəyin davam etdirilməsi müzakirə olunub.

Görüşün sonunda səfirə gələcək fəaliyyətində uğurlar arzulanıb. Draqan Vladisavlyeviç Azərbaycanda diplomatik fəaliyyəti müddətində göstərilən dəstəyə görə təşəkkür edib.

1561829

1561828

1561827

Vumart və Güvən reklamı Vumart Güvən