İlham Əliyev Konstitusiya Günü münasibətilə paylaşım ETDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 Noyabr – Konstitusiya Günü münasibətilə rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
Redaktor.az xəbər verir ki, dövlət başçısının paylaşımında üzərində "12 NOYABR KONSTİTUSİYA Günü" yazılmış, Azərbaycan Respublikasının Dövlət Bayrağı və Əsas Qanununun təsviri əks olunan poster yer alıb.
Qeyd edək ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Həmin vaxtdan etibarən 12 noyabr ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur.














