"Putinlə diplomatik dil keçərli deyil, onu kompromisə məcbur etmək lazımdır" - AÇIQLAMA

 13:18 12.11.2026     41

Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında Rusiya-Ukrayna müharibəsinin baça matdırılması ilə bağlı Əbu-Dabidə üçtərəfli danışıqlar keçirilib. 

Bəs bu danışıqlardan real nəticə gözləmək mümkündürmü? Tərəflər münaqişənin həlli istiqamətində ortaq mövqeyə gələ biləcəklərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Əli Orucov bildirdi ki, Ukrayna-Rusiya-ABŞ üçtərəfli formatında Əbu-Dabidə keçirilən görüşlə bağlı müsbət gözləntilər, demək olar ki, yoxdur:

"Baxmayaraq ki, Birləşmiş Ştatları bu görüşdə təmsil edən nümayəndələr məhsuldar görüş kimi xarakterizə etdilər. Faktiki olaraq, hətta humanitar sahələrdə belə hansısa razılaşmalar əldə olunmadı. Bu bir daha göstərdi ki, Moskva öz maksimalist mövqeyindən geri çəkilmək niyyətində deyil. Eyni zamanda, Qərbin iştirakı olmadan hər hansı bir təmas və həlli variantları fiaskoya uğrayacaq. Ağ Ev Ukrayna-Rusiya müharibəsini inhisarında saxlamağa davam etdikcə, Avropanın və Ukraynanın maraqları nəzərə alınmayacağı təqdirdə Moskvaya etdiyi güzəştlərin faydasız olduğunu fərqinə varmalıdır".

Siyasi şərhçinin fikrincə, Rusiya Prezidenti Vladimir Putini kompromisə məcbur etmək lazımdır:

"Onunla diplomatik dil keçərli deyil. ABŞ Ukraynanın əlinin güclənməsini də istəmir. İstəsəydi, Kiyevin istədiklərini, ələlxüsus da Hava Hücumundan Müdafiə sistemlərini tədarük edər, hərbi dəstəyini artırardı. Donald Trampın taktikası bundan ibarətdir ki, zəif Ukraynanı güzəştlərə vadar etməkdir. Bu isə ümumilikdə Avropa üçün gələcək təhdidlər deməkdir. Donald Tramp və Vladimir Putin istəsələr də, istəməsələr də, Avropa danışıqlar masasında oturmalı və nizamlama prosesində iştirak etməlidir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən