“Avropa Siyasi Birliyi”nin Dublin Sammiti öz işinə başlayır - VİDEO

 14:35 12.11.2026     50

Bu gün İrlandiyanın paytaxtı Dublində “Avropa Siyasi Birliyi”nin (EPC) 9-cu sammiti öz işinə başlayır.

Redaktor.az xəbər verir ki, sammitdə Avropa ölkələrinin 50-yə yaxın dövlət və hökumət başçısının, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.

Görüşün əsas mövzusu “Güclü, təhlükəsiz və əlaqəli Avropa” olacaq. İştirakçılar Avropanın təhlükəsizliyi, iqtisadi rəqabət qabiliyyəti, enerji məsələləri, müdafiə, Ukraynadakı müharibə və demokratik dayanıqlılıq kimi mövzuları müzakirə edəcəklər.

Sammitə Avropa Şurasının Prezidenti Antonio Koşta və İrlandiyanın Baş naziri Maykl Martin həmsədrlik edəcəklər.

Qeyd edək ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən