Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə GÖRÜŞDÜ

 14:01 16.11.2026     43

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Kevin Hamiltonla görüşüb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Hikmət Hacıyev özünün "X" hesabında paylaşım edib.

"NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Kevin Hamiltonla səmərəli görüşdən məmnunluq duyuram.

Biz Azərbaycan və NATO arasında tərəfdaşlığın hazırkı vəziyyəti və perspektivləri, o cümlədən yeni əməkdaşlıq modellərinin hazırlanması zərurəti barədə konstruktiv fikir mübadiləsi apardıq.

Həmçinin Azərbaycanın fəal və etibarlı NATO tərəfdaşı kimi rolunu müzakirə etdik, onun əhəmiyyətli hərbi potensialını və strateji cəhətdən vacib coğrafi mövqeyini, eləcə də regional əlaqələrin inkişafına və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni qeyd etdik", - deyə paylaşımda bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən