Hansı erməni milyarderinin təşkilatı Serj Sarkisyanı və Əli Kərimlini mükafatlandırdı?
Noyabrın 12-də Dublində Avropa Siyasi Birliyinin IX Zirvə toplantısı keçirilirdi. Prezident İlham Əliyevlə Böyük Britaniyanın Baş naziri Endi Börnhem Azərbaycan–Britaniya münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən Birgə Bəyannaməni mübadilə edirdilər. Eyni gündə başqa bir tədbir Londonda düzəldilir - AXCP sədri Əli Kərimlinin «Maqnitski İnsan Hüquqları Mükafatı»na layiq görülməsi çoxmərkəzli və məxfi xidmət orqanları ilə bağlı olan qlobal maliyyə-siyasət şəbəkəsinin qurucularının gizli əlaqələrini, Azərbaycanla bağlı əvvəlki fəaliyyətini və Qarabağ məsələsində tutduqları mövqeyi araşdırmağı bir daha aktuallaşdırır.
Associated Press və Euronews kimi aparıcı beynəlxalq media qurumlarının diqqət mərkəzində Dublin sammiti və Avropanın təhlükəsizlik gündəliyi dayanırdı. Mükafatlandırma mərasiminin qlobal media hadisəsinə çevrildiyini göstərən materiallara rast gəlinməsə də yerli müxalif media və sosial şəbəkə məkanında əsl Nelson Mandela kampaniyası aparılır.
Torpaqlarımızın işğal altında olduğu otuz il ərzində beynəlxalq insan hüquqları təşkilatlarının fəaliyyəti unudula bilməz. Azərbaycanın razılığı olmadan işğal altındakı ərazilərdə separatçı rejimlə əməkdaşlıq edən şəxslərin bugünkü insan hüquqları kampaniyaları hansı məqsədə xidmət edir? Yüz minlərlə azərbaycanlının təməl hüquqlarının pozulduğu illərdə eyni təşkilatlar hansı mövqedən çıxış edirdilər?
Vallenberq Fondunun Qarabağ arxivləri
II Dünya müharibəsində minlərlə yəhudini nasist təqibindən xilas etmiş İsveç diplomatı Raul Vallenberqin adını daşıyan üç beynəlxalq təşkilat fəaliyyət göstərir: Beynəlxalq Raul Vallenberq Fondu, Raul Vallenberq İnsan Hüquqları və Humanitar Hüquq İnstitutu və Kanadada yerləşən Raul Vallenberq İnsan Hüquqları Mərkəzi. Ayrı-ayrı hüquqi təsisatların rəhbərlərinin, beynəlxalq tərəfdaşlarının və Cənubi Qafqazdakı fəaliyyətinin müqayisəli araşdırılması bir sıra mühüm faktları üzə çıxarır.
Beynəlxalq Raul Vallenberq Fondunun Direktorlar Şurasının sədri Argentinanın nüfuzlu iş adamlarından biri, aeroport, neft və media maqnatı erməni əsilli Eduardo Ernekyandır. Ermənistanın iqtisadiyyatına böyük sərmayələr yatıran, erməni diasporunun aparıcı təşkilatları ilə əməkdaşlıq edən milyarderin fəaliyyəti Azərbaycanın işğal altında bir vaxtlar saxlanılan ərazilərini də əhatə edib. Təkzibolunmaz faktlar Fondun öz internet səhifəsində dərc edilmiş materiallarda əksini tapır.
.jpg)
Vallenberq Fondunun direktorlar şurası.
2011-ci il yanvarın 26-da Eduardo Ernekyan Qarabağdakı separatçı administrasiyanın rəhbər şəxslərindən Araik Arutunyanla «Hər uşağa bir noutbuk» layihəsinin həyata keçirilməsinə dair memorandum imzalayıb https://www.raoulwallenberg.net/news/one-laptop-per-child-in-karabakh/.
Əməkdaşlıq yalnız təhsil sahəsi ilə məhdudlaşmırdı. Fermer təsərrüfatlarının maliyyələşdirilməsi, kənd təsərrüfatının müasir texnika ilə təmin olunması, bioenerji, ət və süd istehsalının inkişafı da nəzərdə tutulurdu. Layihələrdə Erməni Ümumi Xeyriyyə İttifaqı - AGBU iştirak edirdi.
Separatçı rejimlə qurulan belə iqtisadi əlaqələr işğalın nəticələrinin möhkəmlənməsinə xidmət edirdi. Ernekyanın təşəbbüslərində həmin illərdə Qarabağdan qovulmuş azərbaycanlı uşaqların taleyinə yer ayrıla bilməzdi.
Vallenberq İnstitutunun İrəvan ofisi
1984-cü ildə İsveçin Lund şəhərində yaradılmış Raul Vallenberq İnsan Hüquqları və Humanitar Hüquq İnstitutunun Ermənistanla əlaqələri 2000-ci illərin əvvəllərindən başlayır. İnstitut Ermənistanın dövlət və hüquq institutlarının inkişafına, Ombudsman aparatının fəaliyyətinə, hüquqşünasların hazırlanmasına və insan hüquqları üzrə təhsil proqramlarının genişləndirilməsinə daimi dəstək göstərib. 2020-ci ildən İsveçin beynəlxalq inkişaf agentliyi SIDA-nın maliyyə dəstəyi ilə yeni proqramlara başlanılıb. 2023-cü ilin avqustunda İrəvanda daimi ofisin yaradılması əməkdaşlığın yeni mərhələsi olub.
İnstitutun Avropa və İrəvan ofislərinin fəaliyyətində iştirak edən Zuzanna Zalanova, Hanna Conson, Armen Qasparyan və digər əməkdaşların institusional əlaqələri, beynəlxalq proqramları və tərəfdaşları barədə məlumatlar açıq mənbələrdə geniş yer alır. Azərbaycanın COP29-a ev sahibliyi etdiyi dövrdə İnstitutun Ermənistan və Gürcüstan üçün iqlim və insan hüquqları üzrə üçaylıq proqram təşkil etməsi də diqqətəlayiqdir.
Yəhudi dünyasında adı ehtiramla anılan, II Dünya müharibəsində minlərlə yəhudini soyqırımı təqibindən xilas edən, SSRİ tərəfindən oğurlandığı üçün itkin düşdüyü yeri, ölümü və məzarı bəlli olmayan, axtarışı KQB arxivlərindən indi də tələb edilən, haqqında mistik hekayələr davam edən isveçli diplomat, arxitektor Raul Vallenberqin adı ermənilər tərəfindən uzun illərdir istismar edilir. Vallenberqin adına üç beynəlxalq təşkilatın, onlarla proqramın təsis edilməsi, dünyada insan hüquqları ilə bağlı koalisiyaların təşkili, 375-dən çox QHT-ni özündə birləşdirən "Qlobal Maqnitski Sanksiyaları Koalisiyası”nın (QMSK) başına keçməsi, buradan Azərbaycan, habelə Türkiyə əleyhinə çoxşaxəli pozucu və qərəzli fəaliyyəti, ölkələrimizi sanksiyalara məruz qoymaq niyyətləri inkaredilməz faktlarla sübut olunur.
Avropa ofisinin rəhbəri Zuzanna Zalanova, İrəvan ofisinin rəhbəri və proqram direktoru isə Hanna Conson və Armen Qasparyandır. Zuzanna bundan əlavə yenə də Lund Universitetində yerləşən “Beynəlxalq Hüquqi Yardım Konsorsiumunun (ILAC)”un icraçı direktorudur https://ilacnet.org/governance/.
Başqa sözlə deyilsə, Konsorsiumun da ermənilər tərəfindən yaradıldığı məlum olur.

Vallenberq İnstitutunun heyətində çalışan ermənilər çoxluq şəraitindədir. Onların arasında proqram rəhbəri, tədqiqatçılar, mübadilə proqramı iştirakçıları və s. sahələrdə ermənilər çalışır.
.jpg)
Beynəlxalq humanitar hüququn tədrisi ilə məşğul olan İnstitutun Ermənistanla əməkdaşlığının onilliklər ərzində genişlənməsi yalnız bir məqsədə xidmət edib-işğalı qoruyub saxlamağa.
907-ci düzəlişdən Maqnitski sanksiyalarına
2024-cü il aprelin 24-də Kanadada fəaliyyət göstərən Raul Vallenberq İnsan Hüquqları Mərkəzinin proqram koordinatoru Kimberli Lenz siyasi məhbusların işi ilə əlaqədar Azərbaycan vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiqi üçün Kanada Xarici İşlər Nazirliyinə müraciət edildiyini açıqlayıb. Analoji təkliflər ABŞ Dövlət Departamentinə və Maliyyə Nazirliyinə təqdim olunmuşdu. Mərkəzin Qlobal Maqnitski Sanksiyaları Koalisiyasındakı fəaliyyəti ölkəmizə qarşı sanksiya təşəbbüslərinin beynəlxalq miqyasda necə əlaqələndirildiyini öyrənmək baxımından əhəmiyyətlidir.
Maqnitski kampaniyasının rəhbəri Uilyam Brauderin 2019-cu ildə, Vallenberq İnsan Hüquqları Mərkəzinin təsisçisi, Kanadanın sabiq ədliyyə naziri İrvin Kotlerin isə 2023-cü ildə Tom Lantos İnsan Hüquqları Mükafatına layiq görülməsi eyni məqsədli beynəlxalq təşkilatlar arasındakı əlaqələrin daha bir nümunəsidir. Tom Lantosun siyasi fəaliyyətində Azərbaycanı hədəfə çevirməsi isə ölkəmizin müstəqilliyinin ilk illərinə, ABŞ Konqresində 907-ci düzəlişin qəbul edildiyi dövrə gedib çıxır.
1992-ci ildə Azərbaycan torpaqlarının işğalı genişləndiyi, yüz minlərlə insanın öz yurdundan didərgin salındığı bir vaxtda ABŞ Konqresi ölkəmizə birbaşa dövlət yardımını məhdudlaşdıran qərar qəbul etmişdi. Otuz ildən sonra Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra yenidən sanksiya çağırışları gündəliyə qaytarıldı. Tarixin ironiyasıdır, əvvəlcə məhz AXC hakimiyyəti dövründə ölkəmizi maliyyə və silah embarqosuna məruz qoyurlar, daha sonra beynəlxalq kampaniya apararaq, bir partiya başçısından dünyəvi demokrat obrazı formalaşdırırlar.
Eyni siyasi təşəbbüslərdə iştirak edən şəxslərin keçmiş mövqeləri, təşkilati əlaqələri və Qarabağla bağlı fəaliyyətlərinin araşdırılması milli təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyırRaul Vallenberq İnsan Hüquqları Mərkəzi; Tom Lantos Fondunun mükafatlandırdığı şəxslər; Maqnitski mükafatı komitəsinin üzvləri.
Əli Kərimliyə işğalçı qüvvələrin verdiyi mükafatın siyasi məzmunu
Vaxtilə işğal altında olan ərazilərində separatçı administrasiya ilə əməkdaşlıq edən şəxslər 1992–1993-cü illərdə Azərbaycanda hakimiyyətdə olan siyasi təşkilatın bugünkü rəhbərini mükafatlandırırlar. Yəqin, hətta Əbülfəz Elçibəy də onun mirasına çevriliş yolu ilə sahiblənən sabiq yurdçunun hazırkı təltifinə Xocalı soyqırımını törədənləri mükafatlandıranlar qədər qəsd kampaniyası kimi baxardı. Halbuki xaricdə verilən heç bir mükafat 1990-cı illərin siyasi məsuliyyətindən azad etmir, əksinə gələcək planları da ifşa edir. Mükafatlandırma və aparılan kampaniyanın əsl məqsədi yenidən Qarabağı öz nəzarətlərinə qaytarmaqdır.
Azərbaycan cəmiyyəti mükafatı verən şəxslərin və təşkilatların ölkəmizin ən ağır illərində harada olduqlarını, hansı qüvvələrlə əməkdaşlıq etdiklərini, kimlərin hüquqlarını müdafiə etdiklərini yaxşı bilməlidir.
Robert Koçaryanla əməkdaşlıq: 2001-ci ildən başlayan iri investisiya layihələri
21 sentyabr 2001-ci ildə Robert Koçaryanın Eduardo Ernekyanı qəbul etməsi ilə onun Ermənistanda genişmiqyaslı fəaliyyəti başlayıbNous avons tendance à faire des investissements à grande échelle en Arménie. Eduardo Eurnekyan à Nikol Pashinyan - Communiqués de presse - Actualités - Premier Ministre de la République d'Arménie.
2001-ci il dekabrın 17-də Ernekyanın şirkəti ilə Ermənistan hökuməti arasında Zvartnots beynəlxalq hava limanının uzunmüddətli idarə edilməsinə dair müqavilə imzalanıb. İlkin investisiya öhdəliyi 50 milyon dollar təşkil edib. TRACECA-nın investisiya materiallarında isə hava limanının genişləndirilməsi layihəsinin təxmini dəyəri 220 milyon dollar göstərilir.
.jpg)
2006-cı ildə Ernekyan Ermənistanın «Converse Bank»ının səhmlərinin 95 faizini əldə edib. Kənd təsərrüfatı sahəsində də böyük investisiya layihələrinə başlayıb.
Orijinal mənbələr:
-
Robert Koçaryanla 21 sentyabr 2001-ci il görüşünün fotoarxivi – Armenpress
-
Robert Koçaryanla 10 mart 2005-ci il görüşü – Armenpress
-
Hava limanı müqaviləsinin imzalanması – Azatutyun
-
Ermənistan Müdafiə Nazirliyinin saytında Ernekyanın bioqrafiyası
Qeyd edək ki, bunlar Ernekyanın korporativ investisiya layihələridir.
Qarabağda Araik Arutunyanla imzalanan memorandum
2011-ci il yanvarın 27-də Vallenberq Fondunun rəsmi səhifəsində dərc olunan material Ernekyanın Azərbaycanın işğal altında olan ərazilərində həyata keçirdiyi təşəbbüsləri sənədləşdirirAGBU Partners with Eduardo Eurnekian for One Laptop Per Child. Fondun səhifəsində Araik Arutunyanın Ernekyanla uzunmüddətli əməkdaşlığın əsasının qoyulması barədə açıqlaması da dərc edilib. Vallenberq Fondunun öz arxivində sənəd və memorandumun fotoşəkilləri əksini tapıb.
Ernekyanın Serj Sarkisyanla müzakirə etdiyi digər layihələr
|
Tarix |
Layihələr və əməkdaşlıq |
|
25 noyabr 2009 |
Zvartnots hava limanının yeni terminalı, poçt xidmətləri, kənd təsərrüfatı və ərzaq emalı |
|
1 dekabr 2009 |
Hava limanı ətrafında 250 milyon dollaradək sərmayə tələb edən azad iqtisadi zona layihəsi |
|
12 dekabr 2016 |
Günəş elektrik stansiyaları, Mehri su elektrik stansiyası, İrəvan və Gümrü hava limanları |
|
12 oktyabr 2017 |
Yeni prioritet investisiya layihələri və Ermənistanın ən yüksək dövlət mükafatının təqdim edilməsi |
Rəsmi sənədlər: Serj Sarkisyanın 2009-cu ildə Ernekyanı qəbul etməsi, Azad iqtisadi zona layihəsi və Ermənistan hökumətinin 2016-cı il əməkdaşlıq sənədi də qorunub saxlanılır.
Serj Sarkisyan Vallenberq Fondunun fəxri üzvü olub
12 sentyabr 2013-cü il - İrəvanda, Prezident sarayında Vallenberq Fondunun nümayəndələri tərəfindən Serj Sarkisyanı mükafatlandırılırКавказский Узел | В Нагорном Карабахе ученики младших классов учатся работать на новых ноутбуках. Ermənistan Prezidentinin rəsmi internet səhifəsində Sarkisyanın Beynəlxalq Raul Vallenberq Fondunun fəxri üzvü olduğu açıq şəkildə göstərilirTribute to Ambassador Morgenthau at US Congress • MassisPost.
2013-cü il sentyabrın 12-də Fond Sarkisyanı «Raul Vallenberqin 100 illiyi» medalı ilə təltif edib. Tədbirdə Fondun təsisçisi Barux Tenembaum və vitse-prezidenti Daniel Rayner iştirak ediblər. Sarkisyan çıxışında Fondun sədri Eduardo Ernekyana xüsusi təşəkkürünü bildirib, Fondun erməni soyqırımı ilə bağlı tarixi araşdırmalarını yüksək qiymətləndirib.

Orijinal sənədlər və fotoşəkillər:
-
Ermənistan Prezidentinin rəsmi saytı – Sarkisyanın mükafatlandırılması
-
Vallenberq Fondunun 2013-cü il üzrə fəaliyyət hesabatı
Hər iki mənbədə Sarkisyanın Fondun fəxri üzvü olması təsdiqlənir.
Qarşılıqlı olaraq, Sarkisyan da Vallenberq Fondunun sədrinə Ermənistanın ən yüksək dövlət mükafatını veribPresident hands Order of Homeland to philanthropist Eduardo Eurnekian - Press releases - Updates - The President of the Republic of Armenia. 12 oktyabr 2017-ci il tarixində sabiq prezident İrəvanda Ernekyana Ermənistanın Milli Qəhrəmanı və «Vətən» ordenini təqdim edib. Mərasimdən əvvəl Sarkisyan və Ernekyan yeni investisiya layihələrini müzakirə ediblər. Sarkisyan Ernekyanla Ermənistan dövləti arasında qurulan əməkdaşlığı digər diaspor sahibkarları üçün nümunə kimi göstərib https://www.president.am/en/press-release/item/2017/10/12/President-Serzh-Sargsyan-honored-Eduardo-Ernekyan-with-hightest-medal-of-Armenia.
Ernekyan isə çıxışında qardaşı Antranikin Qarabağ uğrunda döyüşlərdə iştirakından danışıb və öz fəaliyyətini Ermənistana xidmət etmək öhdəliyi ilə əlaqələndirib. Ermənistan kilsəsinin rəhbəri II Qaregin də Ernekyanın Ermənistan və Qarabağa göstərdiyi dəstəyi xüsusi vurğulayıb. Şəhidlərin qanı üzərində yüksək titullar qazanan adamların indi Cəbhə rəhbərinə belə yüksək ehtiram göstərməsi qanunauyğunluqdur. Çünki torpaqlarımızın və sərvətlərimizin istismarına şərait yaradan qüvvələrin müdafiəsi mahiyyət etibarilə qlobal biznes maraqlarının qorunmasına xidmət edir. İndi xalqımızın çox asanlıqla xarici təşkilatlara inandığını düşünən və araşdırma aparmayacağına əmin olanlar aylardır hakimiyyətə təzyiqin yeni üsullarını tapıblar.
Lakin faktlar amansız olur-Ermənistan Prezidentinin rəsmi saytında Eduardo Ernekyanın Milli Qəhrəman elan edilməsi və Qarabağla bağlı mövqeyi öz çıxışında ifadə olunması indi qorunub saxlanır.
Vallenberq Fondunun Ermənistanla bağlı ideoloji və tarixi layihələri
2015-ci il fevralın 18-də Fondun direktorlar şurası Holokost zamanı insanları xilas etmiş ermənilərə həsr olunan xatirə lövhələrinin hazırlanması barədə qərar qəbul edib. Eduardo Ernekyan Fondun sədri kimi həmin proqramla bağlı xüsusi bəyanat yayıb.
2018-ci ildə Fondun fəaliyyəti haqqında Ernekyan və Barux Tenembaumun imzaladığı sənəddə ermənilərin xilas edilməsində iştirak etmiş türk və kürdlərlə bağlı professor Taner Akçamın rəhbərliyi altında aparılan tədqiqatın maliyyələşdirildiyi, nəticələrinin dörd dildə yayımlandığı bildirilir.

Fondun öz sənədləri:
2015-ci il xatirə layihəsi · Eduardo Ernekyanın imzaladığı 2018-ci il fəaliyyət hesabatı
Vallenberq İnstitutunun Ermənistanla 2006–2009-cu illərdə, yəni Koçaryan və Sarkisyanın prezidentliyi dövründə BMT-nin İnkişaf Proqramı ilə birgə Ermənistan Ombudsman aparatının institusional imkanlarının genişləndirilməsi layihəsini həyata keçirdiyi də İnstitutun öz saytında təsdiqlənir.
Faktoloji baxımdan ən mühüm nəticə Sarkisyanın Fondun fəxri üzvü olmasıdır. Xalqımız insan hüquqlarının müdafiəsinin nə demək olduğunu özünün otuzillik işğal və məcburi köçkünlük təcrübəsindən yaxşı bilir. Azərbaycan xalqını məcburi köçkünə çevirənlər Zəfərdən sonra ölkəmizə qarşı siyasi təzyiqi gücləndiriblər. Beynəlxalq insan hüquqları təşkilatlarının verdikləri mükafatın səbəbi işğala şərait yaradan bir hakimiyyətin dövlət katibinin antixalq fəaliyyətinə görədir, Vətən müharibəsindən sonra isə qalib Azərbaycan dövlətindən qisas almaq cəhdidir. Nəhayət, Əli Kərimli həbsdə olduğu dövrdə onu siyasi məhbus kimi qiymətləndirib, dünyada saxta alternativ obrazı qazandırmaqla əslində yenidən Qarabağa sahiblənmək planı həmin mərkəzlər tərəfindən həyata keçirilir.
Vallenberq İnstitutu hərbi Qələbəmizdən sonra da ölkəmizdən əlini çəkmir, 2023-cü ilin aprelində beş erməni tədqiqatçının hazırladığı, 44 günlük müharibədən sonra Qarabağdan Ermənistana köçmüş şəxslərin İrəvana inteqrasiyasına dair xüsusi hesabat dərc edib. Sənəddə onların mənzil, mülkiyyət, təhsil və digər sosial hüquqları araşdırılır. Həmin ilin avqustunda İnstitut İrəvanda daimi ofisini açıb, 2024-cü ildə isə Ermənistandakı proqramlarını daha da genişləndiribhttps://rwi.lu.se/wp-content/uploads/2023/04/UrbanIntergrationWeb.pdf?utm_source.
Əli Kərimlinin müdafiəsi üçün aylardır aparılan beynəlxalq kampaniya onun xarici himayədarlarının siyasi keçmişini bir daha üzə çıxardı. Cəbhəçi siyasi və hüquq müdafiəçiləri təqdim olunan sənədlərdən hər hansı birini təkzib edə bilməzlər. Sarkisyanın Fondun fəxri üzvü olması, Ernekyanın Ermənistanın sabiq rəhbərliyi ilə qarşılıqlı mükafatlandırılması, Qarabağdakı separatçı administrasiya ilə əməkdaşlığı onların öz rəsmi arxivlərində indi də qalır. Maqnitski mükafatı heç kimə hüquqi toxunulmazlıq qazandırmadığı kimi, siyasi fəaliyyətinə də tarixi bəraət vermir.
Prezident İlham Əliyev Vətən müharibəsində Ermənistanla yanaşı, ona beynəlxalq miqyasda dəstək göstərən qüvvələr üzərində də qələbə qazandığımızı vurğulayarkən işğala siyasi, iqtisadi və maliyyə dəstəyi verən beynəlxalq fondları, lobbi mərkəzlərini və nüfuzlu şəxsləri nəzərdə tuturdu.
Əli Kərimliyə şərait yaratmaq gərəkdir ki, xalqımıza qarşı cinayətkar fəaliyyət aparan və İrəvanda ofis açaraq Robert Koçaryan və Serj Sarkisyanla birgə çalışan, nəhayət, Qarabağa gəlib Araik Arutunyanla müştərək layihələr həyata keçirən şəxslərin – qlobal erməni işğalına lobbiçilik edən mərkəzlərin mükafatını əyani olaraq, özü alsın. O zaman Cəbhə rəhbərinin tərəfdarları sədrlərini siyasi linç edəcəklər – 70 mindən artıq azərbaycanlı əsgər və zabit ən yüksək Zəfər ordenləri ilə təltif edildikləri halda işğalı legitimləşdirən və onu qorumağa çalışan, indi isə partiyanı uduzduqdan sonra yenidən Qarabağa qayıdış uğrunda mübarizə aparan qlobal erməni şəbəkəsi olan Vallenberqlərin üçlü klubu yenidən Əli Kərimli layihəsinə investisiya qoyur.
Onda xalqın cəbhəsi adını daşıyan qüvvə hansı ölkəyə aiddir – Azərbaycana, yoxsa qlobal erməni partiyasına?
Zahid Oruc,
millət vəkili













