"Üç lider dünyanı yenidən bölmək barədə razılığa gələ bilər" - AÇIQLAMA

 18:40 18.11.2026     34

"ABŞ, Rusiya və Çin liderlərinin görüşündə müzakirə olunacaq məsələlər Prezident Tramp tərəfindən artıq bəyan edilib. Bunlara nüvə məsələləri, İpək Yolu, Ukrayna və iqtisadi məsələlər daxildir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov ABŞ, Rusiya və Çin liderlərinin noyabrın 19-da keçirəcəkləri görüşdən danışarkən bildirdi.

"Bu gün bütün dünyanı ən çox narahat edən iki əsas məsələ var: Ukrayna müharibəsinin başa çatması və ABŞ ilə İran arasında hər an başlaya biləcək yeni hərbi əməliyyatların qarşısının alınması. Bu məsələlər bir-biri ilə əlaqəlidir. Ukrayna məsələsində Rusiya Prezidenti Vladimir Putinin Donald Trampın dəstəyinə ehtiyacı var. Baxmayaraq ki, bu dəstək indiyədək də göstərilib, görünür, Putin daha artıq dəstək istəyir. O, ABŞ-nin həm Ukraynaya, həm də Avropaya təzyiqləri artırmasını arzulayır. Digər tərəfdən, Prezident Trampın İran məsələsində Rusiyanın və Çinin dəstəyinə ehtiyacı var. Görünür, o, bu məsələləri də müzakirəyə çıxarmaq niyyətindədir. Danışıqların gedişi bu iki böyük təhlükənin aradan qaldırılmasına və sülh sazişinin imzalanmasına gətirib çıxara bilər. Ancaq bunun üçün üç tərəf arasında razılaşma əldə olunmalıdır" - o dedi.

Abutalıb Səmədov: “Qəzaya düşən təyyarə 50 ildir istismar olunur” | Hafta.az

Siyasi şərhçinin fikrincə, üç ölkə arasında razılaşmanın əldə edilməsi ehtimalı az da olsa, var:

"Məhz bu səbəbdən bütün dünya bu danışıqları böyük həyəcanla gözləyir. Hətta belə iddialar da səslənir ki, üç lider dünyanı yenidən bölmək barədə razılığa gələ bilər və bu görüş yeni Yalta görüşünə çevrilə bilər. Çox güman ki, bu səviyyədə nəticələr əldə olunmayacaq. Ancaq həm Ukrayna məsələsinin həllində, həm də İranla bağlı gərginliyin aradan qaldırılmasında bu görüş çox mühüm rol oynaya bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən