Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə ETDİ

 13:03 19.11.2026     38

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin nizamlanması məsələsinin Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirilən üçtərəfli görüşün əsas mövzularından biri olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə görüşün açılış nitqi zamanı danışıb.

O qeyd edib ki, Ukrayna müharibəsi ilə bağlı Putinlə əvvəlki görüşündə də geniş müzakirələr aparılıb və bu məsələ danışıqların əsas mövzusu olub.

“Ukraynadakı müharibəni artıq Prezident Putinlə müzakirə etmişik. Bu, danışıqlarımızın əsas mövzusu idi. Çox şey baş verir. Həm Rusiya, həm də qarşı tərəf bu müharibənin başa çatmasını istəyir”, – deyə Tramp vurğulayıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən