"İlham Əliyevin Vyetnama səfəri çox mühüm hadisədir" - Asim Mollazadə

 17:10 20.11.2026     62

"Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfəri çox mühüm bir hadisədir. Azərbaycan öz strateji əməkdaşlıq və iqtisadi tərəfdaşlıq coğrafiyasını genişləndirir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə dedi.

Millət vəkili vurğuladı ki, vaxtilə Azərbaycanda Vyetnam tələbələri üçün təhsil sistemi yaradılıb:

"Bununla yanaşı, Azərbaycan hələ sovet dövründən Vyetnamın enerji sistemi ilə bağlı məsələlərdə rol oynayırdı. Mənə elə gəlir ki, bundan sonra artıq bizim əməkdaşlığımız üçün geniş perspektivlər var. Bu əməkdaşlığın böyük potensialı var. Söhbət iqtisadi əməkdaşlıqdan gedir. Eyni zamanda humanitar sahədə də bizim əməkdaşlığımız mümkündür. Azərbaycanda Vyetnamın səfirliyi açılacaq və bu proses daha da sürətlə inkişaf edəcək".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən