Vyetnamın ilk kino məktəbini azərbaycanlı rejissor yaradıbmış - Prezidentdən maraqlı FAKTLAR

 19:25 21.11.2026     90

“Azərbaycanın Vyetnamla mədəni əlaqələrinin tarixi ötən əsrə gedib çıxır”.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi nahar zamanı çıxışında danışıb.

Dövlət başçısı bildirib ki, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev 1955-ci ildə “Vyetnam süitası”nı bəstələyib:

“Hələ 1955-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev “Vyetnam süitası”nı bəstələmiş, Vyetnam Prezidenti Ho Şi Minin dəvəti ilə azərbaycanlı kinorejissor, ssenarist və yazıçı Əjdər İbrahimov bir müddət Vyetnamda çalışaraq burada ilk milli kino məktəbinin yaradılmasında iştirak etmişdir”.

Vumart və Güvən reklamı Vumart Güvən