Paşinyan yeni konstitusiyanı təqdim ETDİ
Ermənistanın Baş naziri Nikol Paşinyan sosial media səhifəsində Ermənistan Respublikasının yeni Konstitusiyasının layihəsini dərc edərək, xüsusi olaraq bu məqsədlə yaradılmış veb sayta keçid yerləşdirib.
Redaktor.az xəbər verir ki, bu barədə news.am saytı məlumat yayıb.
“Əziz xalqım, əziz Ermənistan Respublikasının vətəndaşları! Bu məqsədlə xüsusi olaraq yaradılmış veb saytında Ermənistan Respublikasının yeni Konstitusiyasının layihəsini təqdim etməkdən məmnunam .
Veb sayt hər bir vətəndaşın yeni Konstitusiyanın layihəsini oxuması və təkliflərini verməsi üçün mümkün qədər rahat şəkildə yaradılıb.
Saat 10:00-da canlı yayımda çıxış edəcəyəm".
Paşinyan yazıb ki, “Bu sizin Konstitusiyanızdır”.
T.İSMAYIL













