Estoniya XİN başçısı noyabrın 27-də Bakıya gələcək

 11:57 23.11.2026     45

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna noyabrın 27-də Bakıya səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Estoniya XİN məlumat yayıb.

Nazir ölkəsinin Azərbaycandakı səfirliyinin rəsmi açılış mərasimində iştirak edəcək.

XİN-in məlumatına görə, səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər planlaşdırılır. Danışıqların gündəliyinə ikitərəfli münasibətlər və Estoniyanın Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinə dəstəyi daxildir.

Vumart və Güvən reklamı Vumart Güvən