"Azərbaycanın qələbəsinin təməli 1994-cü ildə qoyulub"
“Azərbaycan xalqının milli gücü həmişə olub, lakin onu reallaşdıran lider lazım idi”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Hikmət Babaoğlu bildirdi.
O nəzərə çatdırdı ki, siyasi nəzəriyyədə Hans Morgenthau tərəfindən irəli sürülən milli güc konsepsiyasına əsasən, hər bir xalqın milli gücü mövcuddur, lakin bu güc vahid lider tərəfindən reallaşdırıldıqda həqiqi potensialını ortaya qoyur:
“Azərbaycan xalqı hər zaman Ermənistan üzərində qələbə qazanmaq potensialına malik olub, lakin liderin olmaması bu potensialın reallaşmasına mane olub. 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kurs sonradan bugünkü nəticələrin əldə olunmasına zəmin yaradıb. Ümid edirəm ki, Azərbaycanla Ermənistan arasında başlayan sülh prosesi regionda yaşayan xalqların gələcəyi və sabitlik baxımından müsbət nəticələnəcək”.
NURİYYƏ













