Ceyhun Bayramov Gürcüstanla münasibətlərdən danışdı: “Çox ciddi əməkdaşlığımız mövcuddur”

 18:33 24.11.2026     53

“Bu gün bizim ikitərəfli platformada apardığımız görüş zamanı hörmətli həmkarlarla, eyni zamanda geniş tərkibli platformada danışarkən ikitərəfli münasibətlərimizi çox dərindən müzakirə etmək imkanımız oldu”.

Redaktor.az xəbər verir ki, bunu 24 noyabr 2026-cı il tarixində Xarici İşlər Nazirliyinin inzibati binasında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə birgə mətbuat konfransında Ceyhun Bayramov dedi.

O əlavə etdi ki, ümumi evimiz olan Cənubi Qafqazda yaranmış yeni vəziyyətlə bağlı dialoqumuzun daha geniş coğrafiyada və beynəlxalq təşkilatlar çərçivəsində, digər platformalarda apardığımız görüşlərdə kifayət qədər dəstək almaq imkanımız oldu:

“Biz Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında böyük dinamika və qarşılıqlı siyasi dialoq müşahidə edirik. Ən yüksək səviyyədə çox ciddi əməkdaşlığımız mövcuddur.

İki ölkə arasında çox intensiv və müntəzəm təmaslar mövcuddur. Həmkarımla demək olar ki, çoxsaylı beynəlxalq tədbirlərdə görüşmək, rəsmi və qeyri-rəsmi müzakirələr aparmaq üçün hər fürsətdən istifadə edirik”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən