Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi layihələr hazırlanır

 18:37 24.11.2026     111

“Bu əməkdaşlığın böyük hissəsi SOCAR-ın birgə iştirakı ilə Gürcüstanda həyata keçirilən layihələrlə bağlıdır. Gürcüstan tərəfindən Azərbaycanın iqtisadiyyatına yatırılan investisiyalar da qeyd olundu”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında dedi.

O bildirdi ki, iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə fəaliyyət göstərən Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında müxtəlif sahələrdə hazırda icra olunan və yeni layihələr üzrə fikir mübadiləsi aparılıb:

“Komissiyanın üçüncü iclası bu sahədə daha yaxşı nəticələrin əldə olunmasına imkan verəcək. İki ölkə arasında, eləcə də hər iki ölkənin şirkətlərinin iştirakı ilə həyata keçirilən və bütün regiona böyük təsir göstərən mühüm layihələr mövcuddur”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən