"Qarşılıqlı ticarət dövriyyəsi ötən ilin göstəricilərini artıq üstələyib”

 18:40 24.11.2026     43

“İkitərəfli münasibətlərlə yanaşı, Azərbaycan və Gürcüstanın iştirakı ilə üçtərəfli formatlar da mövcuddur. Həmin formatlar çərçivəsində daha geniş coğrafi arealı əhatə edən məsələlərin müzakirəsi həyata keçirilir”.

Redaktor.az xəbər verir ki, bunu 24 noyabr 2026-cı il tarixində Xarici İşlər Nazirliyinin inzibati binasında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə birgə mətbuat konfransında Ceyhun Bayramov dedi.

Nazir vurğuladı ki, bu formatların fəaliyyətini çox mühüm hesab edilir:

“Onlardan biri Azərbaycan-Gürcüstan-Türkiyə formatıdır. Bu çərçivədə üç ölkənin xarici işlər nazirləri mütəmadi olaraq üçtərəfli formatda görüşlər keçirirlər. Son görüş Türkiyənin İstanbul şəhərində təşkil edilib. Növbəti görüşün Gürcüstanda keçirilməsi nəzərdə tutulur. Qeyd etdiyim kimi, üçtərəfli format Azərbaycan və Gürcüstan üçün təhlükəsizlik və iqtisadi sahələrdə əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır və fəaliyyətini davam etdirir.

Bu gün apardığımız müzakirələr çərçivəsində iki ölkə arasında ticarət-iqtisadi əlaqələr və əməkdaşlıq imkanları da nəzərdən keçirildi. Ticarət əlaqələrinin inkişafı xüsusi məmnunluqla qeyd edildi. Bildirildi ki, qarşılıqlı ticarət dövriyyəsi ötən ilin göstəricilərini artıq üstələyib”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən