Ceyhun Bayramovdan Ermənistan və Rusiya ilə bağlı mühüm AÇIQLAMA

 18:46 24.11.2026     116

“Təhsil sahəsində həyata keçirilən mübadilələr, Azərbaycan və Gürcüstanın müvafiq müəssisələri arasında akademik proqramlar, mədəniyyət və gənclər sahəsində görülən işlər çox müsbət nəticələr verir”.

Redaktor.az xəbər verir ki, bunu noyabrın 24-də Xarici İşlər Nazirliyinin inzibati binasında Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə birgə mətbuat konfransı keçirən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dedi.

Nazir vurğuladı ki, artıq müvafiq əsasda görüşlər keçirilir, iki ölkənin gəncləri arasında əlaqələrin inkişafı və birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində addımlar atılır:

“Bütün bunlar sıx əməkdaşlığımızın bariz nümunələridir. Bu gün müxtəlif platformalarda iştirakımız çərçivəsində əməkdaşlıq və əlaqələrimizin inkişafı ilə bağlı məsələləri müzakirə etmək üçün dəyərli imkan yarandı. Təbii ki, bu gün müzakirələrimiz zamanı ikitərəfli münasibətlərlə yanaşı, bir sıra digər mövzulara da toxunduq. İlk növbədə, ümumi evimiz olan Cənubi Qafqaza nəzər saldıq. Təbii ki, Azərbaycan-Ermənistan postmünaqişə dövründə normallaşma prosesi ilə bağlı dəyərli fikir mübadiləsi apardıq. Bu prosesin əsasları, mümkün dəyişikliklər, Azərbaycanın baxışları və mövqeyi barədə həmkarlarımızla müzakirələrimiz oldu”.

C.Bayramov müzakirələr zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə də toxundu. O, həmçinin regiondakı vəziyyətin və təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu bildirdi:

“Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə həmkarlarımıza məlumat verdik. Həmin ərazilərdə baş verən dəyişikliklər və həyata keçirilən genişmiqyaslı layihələr barədə fikir mübadiləsi apardıq. Təbii ki, gündəliyimizdə regionda, o cümlədən Rusiya ilə bağlı məsələlər, eləcə də bölgədə mövcud olan kifayət qədər gərgin vəziyyət və qeyri-müəyyənlik də yer aldı. Ölkəmizə birbaşa qonşu olan dövlətlərdə, ərazilərdə və regionlarda baş verən narahatedici proseslər bizim üçün də ciddi çağırışlar yaradır. Buna görə də müzakirələrimiz çərçivəsində bu məsələlər barədə ətraflı fikir mübadiləsi apardıq”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən