"İki ölkə arasındakı strateji münasibətlər xüsusi əhəmiyyət daşıyır" - Gürcüstanın xarici işlər naziri
“Ceyhun Bayramovla ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq, gündəliyimiz, gələcək addımlar və təbii ki, regionda mövcud vəziyyət barədə ətraflı danışmaq imkanımız oldu”.
Redaktor.az xəbər verir ki, bunu 24 noyabr 2026-cı il tarixində Xarici İşlər Nazirliyinin inzibati binasında Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında dedi.
O bildirdi ki, cari il Azərbaycan və Gürcüstan arasında yüksək səviyyəli siyasi dialoq baxımından kifayət qədər intensiv olub:
“Bu, iki ölkə arasındakı strateji münasibətlər üçün xüsusi əhəmiyyət daşıyır. Bu il Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri baş tutub. Həmçinin Gürcüstanın Baş nazirinin may ayında Bakıya səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm razılaşmalar əldə olunub”.
NURİYYƏ













