Maka Botçorişvilidən Bakı-Tbilisi münasibətləri ilə bağlı AÇIQLAMA

 18:53 24.11.2026     95

“Ceyhun Bayramovla ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq, gündəliyimiz, gələcək addımlar və təbii ki, regionda mövcud vəziyyət barədə ətraflı danışmaq imkanımız oldu”.

Redaktor.az xəbər verir ki, bunu noyabrın 24-də Xarici İşlər Nazirliyinin inzibati binasında azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı keçirən Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili dedi.

O bildirdi ki, cari il Azərbaycan və Gürcüstan arasında yüksək səviyyəli siyasi dialoq baxımından kifayət qədər intensiv olub:

“Bu, iki ölkə arasındakı strateji münasibətlər üçün xüsusi əhəmiyyət daşıyır. Bu il Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri baş tutub. Həmçinin Gürcüstanın Baş nazirinin may ayında Bakıya səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm razılaşmalar əldə olunub”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən